Rusiya Prezidenti gələn ay Türkiyəyə səfər edəcək
Rusiya Prezidenti Vladimir Putin gələn ay Türkiyəyə səfər edəcək.
Demedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Gələn ay Putinin Türkiyəyə səfəri olacaq. Cənab Putinlə yenidən məhbus mübadiləsini müzakirə edəcəyik. Ümid edirəm ki, “Taxıl sazişi”nin müddətinin uzadılması ilə bağlı nəticə əldə edəcəm”,- deyə o bildirib.