Fransada minlərlə insan polis zorakılığına etiraz etdi
Fransanın bir çox şəhərində polis zorakılığına qarşı etiraz aksiyası keçirmək üçün 6 minə yaxın insan küçələrə çıxıb.
Demedia.az xəbər verir ki, bu barədə bazar günü Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hakimiyyət orqanlarının məlumatına görə, respublikada 30-a yaxın nümayiş təşkil olunub. Polis prefekturasının qadağasına baxmayaraq, ən böyük aksiya Parisdə baş tutub. Etirazlarda 2 minə yaxın insan iştirak edib. Marseldə 750, Nantda 640, Strasburqda 400, Bordoda 200 nəfər nümayişə gedib.