Rusiya və Qazaxıstan gəmiləri Xəzərdə hədəfləri vurdu



 16:48 22.05.2021     457

Rusiya Xəzər donanmasının və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmilərinin birgə hərbi-dəniz təlimləri çərçivəsində Xəzər dənizindəki hava hədəflərini məhv ediblər.

Nexeber.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Cənubi Hərbi Dairəsinin Mətbuat Xidməti yayıb.

Qazaxıstan tərəfdən təlimə “Oral” və “Manqıstau” raket artilleriya gəmiləri, Rusiyadan isə “Qrad Svyajsk”, “Maqomed Qadjiyev”, “RT-234”, “SB-738”, “Anatoli Qujvin” gəmiləri qatılıb. Birgə təlimin 24 maya qədər davam edəcəyi vurğulanıb.