Akopyan Gorusa gəldi, açılmış zalı “açdı”, istəyi isə rədd edildi
Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın arvadı Anna Akopyan Gorusa gəlib.
Nexeber.az xəbər verir ki, erməni mediası onun Gorusda bir müddət əvvəl - 26 aprel tarixində Zəngəzur (Sünik) qubernatoru Məlikset Poqosyanın açdığı məktəbin idman zalının yenidən “açılış” mərasimini keçirdiyini yazıb.
Məlumata görə, Anna Akopyanın gəlişi seçki təbliğatı ilə bağlı olub.
Akopyan Qarabağ müharibəsində ölən əsgərlərin ailəsini də ziyarət etmək istəyib, ancaq ailələr onun bu istəyini rədd ediblər.(axar.az)