Başına 500 min qoyulan terrorçu məhv edildi
Bir müddət əvvəl Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən məhv edilən 7 terrorçudan birinin “Rızqar Koçer” kod adlı Sərhad Ericek olduğu müəyyənləşib.
Nexeber.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, adıçəkilən terrorçu Mardin vilayətinin Boqok bölgəsindən “məsuliyyətli” şəxs sayılıb.
Qeyd edək ki, S.Ericekin başına 500 min lirə pul mükafatı qoyulmuşdu.