Böyük Britaniya Ukraynaya yeni hərbi yardım paketi ayırıb



 14:12 12.07.2023     306

Böyük Britaniya hökuməti Ukraynaya daha bir yardım paketi ayırıb. Həmçinin, Böyük Britaniya və G7-nin digər üzvləri Ukraynaya yeni hərbi dəstək tranşı verəcəklər.

Bu barədə Demedia.az “Reuters”ə istinadən xəbər verir.

Qeyd edilir ki, Britaniya hökuməti Ukraynada avadanlıqların təmiri və hərbi reabilitasiya mərkəzinin yaradılması üçün 65 milyon dollar ayırıb.

Həmçinin, yeni dəstək tranşının bir hissəsi olaraq Böyük Britaniya və G7-nin digər üzvləri Kiyevi minlərlə əlavə “Challenger 2” sursatı, 70-dən çox döyüş maşını və logistika vasitələri ilə təmin edəcəklər.

Britaniya hökuməti açıqlamasında bu proqramların NATO-nun Ukraynaya hərtərəfli yardım paketi vasitəsilə maliyyələşdiriləcəyini bildirib.