Türkiyədə sərhədi keçmək istəyən iki nəfər saxlanıldı
Mardindəki sərhədçilərimiz qanunsuz yolla Suriyaya keçməyə çalışan 2 nəfəri saxlayıb.
Nexeber.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Saxlanılan şəxslərdən birinin PKK/YPG terror təşkilatının üzvlərinin sərhəddən keçidini təşkil etdiyi, digərinin isə terror təşkilatına qoşulmaq üçün keçməyə çalışdığı bildirilib.