Rusiya XİN: “Moskva Bakı ilə İrəvan arasında..."
“Moskva Bakı ilə İrəvan arasında sülhə aparan istənilən konstruktiv vasitəçiliyi dəstəkləyir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilməsi gözlənilən görüşə münasibət bildirərkən deyib.
“Biz dayanıqlı sülhə nail olmağa aparan istənilən konstruktiv vasitəçiliyi dəstəkləyirik. Buna görə də nəticələrə əsasən fikir irəli sürmək lazımdır”, - o bildirib.//Report.az