Makron parad zamanı fitə basıldı
Fransa prezidenti Emmanuel Makron Parisdə Bastiliyanın alınması gününü qeyd etmək üçün keçirilən parad zamanı fitə basılıb.
Demedia.az xəbər verir ki, bu barədə “The Huffington Post” məlumat yayıb.
Nəşrin məlumatına görə, hərbi paradın keçirildiyi Yelisey meydanına gələn “sarı jiletlilər” hərəkatının nümayəndələri öz narazılıqlarını bildiriblər.
Bildirilir ki, Fransa liderinin korteji camaatın qarşısından keçəndə qəzəblənən vətəndaşların fiti kəskin şəkildə artıb.
Bundan əvvəl Makron bildirib ki, o, işgüzar səfərlər zamanı pensiya islahatına görə ölkənin bütün yerlərində keçirilən etiraz nümayişlərində fransızların qəzəb və narazılığını eşidir. Onun sözlərinə görə, bu hal onun səfərlərinə mane olmayacaq.