Kadırov yenidən Çeçenistan rəhbəri olmaq istəyir



 11:27 15.07.2023     306

Çeçenistan rəhbəri Ramzan Kadırov növbəti dəfə respublikaya rəhbərlik etmək niyyətindədir.

Demedia.az xəbər verir ki, bu barədə o, telegram kanalında yazıb. Mümkün istefası ilə bağlı yayılan xəbərlərə münasibət bildirən Kadırov heç kimin onun yerinə adam axtarmadığını vurğulayıb. O, respublikanın xeyri üçün bundan sonra da işləməyə hazır olduğunu deyib. Şayiələri "təxribatçılar"ın yaydığını və onların məqsədinin regionda sabitliyi pozmaq və Çeçenistan rəhbərliyini nüfuzdan salmaq olduğunu deyib.