Mark Zukerberq təyyarə sürdü
"Meta" şirkətinin rəhbəri Mark Zukerberq "Tesla"nın rəhbəri İlon Mask və "OpenAİ" rəhbəri Sem Altman kimi təyyarə idarə etmək üçün peşəkar pilot olmağa can atır.
Demedia.az xəbər verir ki, bu barədə “İnformation” məlumat yayıb.
“Zukerberq 2023-cü ilin əvvəlində ABŞ Federal Aviasiya İdarəsinin razılığı ilə pilot-tələbə sertifikatını alıb. Bu da onu göstərir ki, milyarder artıq təlimatçının rəhbərliyi altında təyyarə idarə edib”, - məlumatda qeyd olunub.