Rusiya Xarkova zərbələr endirdi
Rusiya Xarkova hava hücumu həyata keçirib.
Demedia.az xəbər verir ki, bunu şəhərin meri İqor Terexov deyib.
"Xarkov bu gün ikinci dəfədir düşmən hücumuna məruz qalır. İlkin zərbə Osnovyanski rayonuna edilib. Ehtiyatlı olun və hava hücumu zamanı sığınacaqlardan istifadə edin", - Terexov bildirib.
Eyni zamanda, Xarkov vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov da Xarkova hücumlar barədə məlumat verib. Onun sözlərinə görə, qəza yerinə təcili yardım briqadaları gedib:
"İşğalçılar Xarkova hücum ediblər. Müvafiq xidmətlər çağırış yerinə gedib. Dağıntı və qurbanlar barədə məlumat dəqiqləşdirilir".