Cənubi Koreya, ABŞ və Yaponiya üçtərəfli hərbi təlim keçirir
Cənubi Koreya, ABŞ və Yaponiyanın hərbi dəniz qüvvələri Şimali Koreyanın “Hwasong-18” qitələrarası ballistik raket sınağından sonra üçtərəfli birgə hərbi təlimlərə başlayıb.
Demedia.az Cənubi Koreya mediasına istinadla xəbər verir ki, Yapon dənizinin beynəlxalq sularında keçirilən təlimlər zamanı real döyüş atışları icra olunacaq. Birgə təlim üç ölkənin Şimali Koreyanın nüvə-raket fəaliyyətinə qarşı təhlükəsizlik tədbirlərini əlaqələndirməsi fonunda keçirilir. Şimali Koreyanın ballistik raket hücumu ssenarisi üzrə keçirilən təlim zamanı şərti raketin aşkarlanması, izlənilməsi, məlumatların paylaşılması üzrə məşq edəcəklər.
Qeyd edək ki, Cənubi Koreya, ABŞ və Yaponiya apreldə də oxşar təlim keçiriblər.