Türkiyə və ABŞ nazirləri iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər



 09:45 18.07.2023     301

Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək G20 toplantılarına qatılmaq üçün getdiyi Hindistanda ABŞ-nin maliyyə naziri Canet Yellen ilə görüşüb.

Demedia.az Anadolu”ya istinadən xəbər verir ki, görüş 45 dəqiqə çəkib. Görüşdə naziri Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) sədri Hafize Gaye Erkan müşayiət edib.

Görüş zamanı iki ölkə arasında iqtisadi və ticari əməkdaşlıq imkanlarının inkişafı istiqamətində atılacaq addımların müzakirə edildiyi bildirilir. İki ölkə arasında ticarət həcminin 100 milyard dollara çatdırılması hədəflənir. Bu çərçivədə iş dünyasının təşəbbüsləri ABŞ-nin Türkiyəyə investisiyalarını artırmağa davam edir.

Sentyabrın 19-da ABŞ-də Türkiyə İnvestisiya Konfransı da keçiriləcək. Şimşəkin bu görüşdə amerikalı investorlarla görüşü və sualları cavablandırması planlaşdırılır. Görüşdə ABŞ investorları və türk şirkətləri də bir araya gələcək.