Gürcüstan döyüş PUA-ları istehsal edəcək



 14:29 18.07.2023     307

Yaxın gələcəkdə Gürcüstan Polşa ilə birgə çox sayda döyüş PUA-larının istehsalına başlayacaq.

Demedia.az xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri Xuanşer Burçuladze bildirib. 

"Biz lazımi infrastrukturu tam hazırlamışıq, sınaq uçuşları həyata keçirmişik, Polşadan sınaq nümunələri gətirmişik. Yaxın günlərdə olmasa, avqust və ya sentyabrda biz kütləvi istehsala başlayacağıq", - nazir açıqlayıb.