Rusiya "Qisas" əməliyyatına başlayıb - Odessa vuruldu
Rusiya silahlı qüvvələri "Qisas" əməliyyatı çərçivəsində Odessa vilayətinin obyektlərinə hücum edib.
Demedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlayıb.
"Bu gecə Rusiya Federasiyasının Silahlı Qüvvələri motorlu qayıqlardan istifadə etməklə Rusiya Federasiyasına qarşı terror aktlarının hazırlandığı obyektlərə yüksək dəqiqlikli silahlarla cavab hücumu həyata keçirib, habelə onların Odessa şəhərindəki istehsal sahəsinə hücum edib", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, dünən Rusiya prezidenti Vladimir Putin Krım körpüsünə edilmiş hücuma "cavab" veriləcəyini demişdi.