İranın Baş Qərargah rəisi Azərbaycanla sərhədə gəlib



 18:32 19.07.2023     378

İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri təhlükəsizliyi yoxlamaq üçün Azərbaycan Respublikası ilə sərhəd məntəqəsində olub.

Demedia.az xəbər verir ki, məlumatı “Tasnim” agentliyi yayıb.

O, Qərbi Azərbaycan əyalətinin Azərbaycan Respublikasının Naxçıvan bölgəsi ilə sərhəddə yerləşən Poldəşt şəhərində və Araz çayı sahillərindəki hərbi hissələrə baş çəkib.

Baş Qərargah rəisi şəxsi heyətin döyüş hazırlığı vəziyyətini yoxlayıb.

M.Baqerini İran ordusunun yüksək vəzifəli komandirləri müşayiət edib.