Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı



 16:21 20.07.2023     326

Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini daha 6 ay uzadıb.

Demedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir.

Bildirilib ki, təşkilat bu gün Rusiya iqtisadiyyatının sektorlarına qarşı qadağanedici tədbirlərin 6 ay - 2024-cü il yanvarın 31-dək uzadılması barədə qərar qəbul edib.