Zelenski Putinə cavab verib: “Cəbhədəki dinamika dəyişmək üzrədir”



 17:18 22.07.2023     285

"Ukraynanın əks-hücumu güc toplayır, cəbhədəki dinamika dəyişmək üzrədir".

Demedia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, Ukrayna döyüşçüləri artıq minalanmış bir neçə ərazidən keçir və həmin rayonlar bu partlayıcılardan təmizlənib.

V. Zelenski müttəfiqləri Ukraynaya daha çox uzunmənzilli raket və müasir qırıcıları tədarük etməyə çağırıb.

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının müşavirəsində Ukraynada əks-hücumun nəticəsiz qaldığını bildirmişdi.