Ukraynada Rusiyanın hərbi jurnalisti ölüb



 20:14 22.07.2023     384

Rusiyanın hərbi jurnalisti Rostislav Juravlyov Ukraynada artilleriya atəşi nəticəsində ölüb.

Demedia.az xəbər verir ki, məlumatı TASS yayıb.

Hadisə Ukraynanın Zaporojye vilayətinin Pyatixata kəndində baş verib.

Məlumata görə, atəş nəticəsində foto-müxbir Konstanrin Mixalçevski yaralanıb.

İnformasiyaya əsasən, “İzvestiya”sının müxbiri Roman Polşakov 4 qəlpə yarası alıb. Bundan başqa, operator Dmitri Şikov da yaralanıb. Onun çanağı sınıb.