Rusiya Odessanı bombaladı
Rusiya qoşunları iyulun 23-də Ukraynanın Odessa şəhərinə raket hücumu həyata keçirib. Hücum nəticəsində ölən və yaralananlar var.
Bu barədə Demedia.az Odessa vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiperin teleqram kanalına istinadən xəbər verir.
Atəş nəticəsində bir mülki şəxsin öldüyü bildirilir.
"Odessada saat 03.00-a olan məlumata görə, 4-ü uşaq olmaqla, 18 zərərçəkən var. 14 nəfər şəhər xəstəxanalarına yerləşdirilib, onlardan üçü uşaqdır", - Oleq Kiper bildirib.
Kiperin sözlərinə görə, zərərçəkənlərin sayı ilə bağlı məlumatlar dəyişə bilər. Təcili yardım briqadaları hadisə yerindədir.