Türkiyədə məktəblərdə rus dili məcburi dərs oldu



 12:53 25.05.2021     433

Türkiyədə turizm sənayesi üçün kadr hazırlayan təhsil müəssisələrində rus dili məcburi dərs olub.

Nexeber.az modern.az-a istinadən xəbər verir ki, bu barədə respublikanın Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy bəyan edib.

"Türkiyəlilər rusiyalıları sevirlər. İki xalq arasında uzunmüddətli tarixi münasibətlər inkişaf edib. Rusiya vətəndaşları son üç-dörd ildə deyil, 20 ildən çoxdur intensiv şəkildə gəlirlər. Ölkəmizdə çoxları rus dilində danışır. Hətta turizmlə bağlı olan peşə məktəblərimizdə belə, rus dili artıq məcburidir", - deyə o bildirib.

Bundan əvvəl bildirilmişdi ki, Türkiyə Rusiya vətəndaşları üçün koronavirusla bağlı zəruri PZR testi tələbini ləğv edə bilər.