Baş nazirdən anlaşılmaz açıqlama
İsveçin baş naziri Ulf Kristersson ölkənin beynəlxalq mövqeyini pisləşdirmək üçün Quranın yandırıldığını bildirərək, “Bizi parçalamaq üçün Qurana zidd bir addım atılır” ifadələrini işlədib.
Demedia.az xəbər verir ki, Kristersson sosial media hesabında son günlər ölkədə Qurani-Kərimə qarşı artan hücumları dəyərləndirib.
İsveçdə Qurani-Kərimin yandırılması aktını dövlətin tərəfindən edildiyi ilə bağlı yalnış məlumatların yayıldığını qeyd edən Kristersson, "Qurana qarşı hücumlarla bağlı məsul orqanlarla dialoq çərçivəsində baş verənləri yaxından izləyirik. İsveçə zərər vermək məqsədilə dövlətlər tərəfindən dəstəklənən müxtəlif dezinformasiya kompaniyalarına məruz qalırıq",- deyə bildirib.
İsveçin beynəlxalq mövqeyini pisləşdirmək üçün Quranın yandırıldığını iddia edən Kristersson yazısında bu ifadələrə yer verib:
"Bizi parçalamaq üçün anti-Quran aksiyası keçirilir. Son vaxtlar müqəddəs kitabların yandırılması bizim təhlükəsizlik siyasətimizi çətinləşdirən amillərlə üst-üstə düşür. Bu hadisələr ölkəmizə birbaşa zərər vurmaq çağırışları ilə yanaşı, həm də təhrif edir. Dezinformasiya kampaniyaları İsveç vətəndaşları və xaricdəki şirkətlər üçün vəziyyəti daha da pisləşdirir. Bu hal ölkə daxilində təhlükəsizliyi zəiflədir və bununla da terror hücumları riskini artırır."
İsveç Kəşfiyyat Xidmətinin (SEPO) bu gün verdiyi açıqlamada, müsəlman dünyasında son Quran yandırma təxribatlarının və etirazların Skandinaviya xalqının imicinə mənfi təsir göstərdiyi və ölkədə "terror hücumu xəbərdarlığı səviyyəsinin" yüksəldildiyi bildirilib.
Xatırladaq ki, İsveçdə iyulun 20-də İraq əsilli Salvan Momika Stokholmdakı İraq səfirliyi qarşısında polisin mühafizəsi altında Quranı və İraq bayrağını tapdalamışdı.