Danimarka səfiri Misir XİN-ə çağırıldı



 22:50 27.07.2023     355

Danimarkanın Qahirədəki səfiri Misir Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Demedia.az xəbər verir ki, bu barədə Misir XİN məlumat yayıb.

“Misirin Kopenhagendəki səfirliyi daxil olmaqla, diplomatik missiyaların binalarının yaxınlığında müsəlmanların müqəddəs kitabı olan Quranın yandırılması aktlarını qəbul etmirik. Danimarka hakimiyyətini onların qarşısını almaq üçün konkret tədbirlər görməyə çağırırıq”, - Misir XİN-in bəyanatında qeyd edilib.