Rusiyanın Qara dəniz sahilləri ekoloji fəlakətlə üzləşdi - VİDEO



 15:58 25.05.2021     402

Rusiyanın Tuapse şəhərininin sahilində neft tərkibli maye Qara dənizə axıb. Hadisə ilə əlaqədar şəhərdə yüksək hazırlıq rejimi elan edilib.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Məlumata görə, neft tərkibli maye sahilin 800 metrliyindəki dərinsulu kanalizasiya kollektorundan axıb.

Hazırda akvatoriyada və sızıntının qeydə alındığı yerin yaxınlığında fövqəladə hadisənin nəticələri aradan qaldırılmağa çalışılır.