Erməni hərbçilər qəzaya düşdü - Xəsarət alan var



 17:55 28.07.2023     266

Ermənistan ordusuna məxsus “UAZ” markalı hərbi avtomobil qəzaya uğrayıb.

Demedia.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, avtomobilin aşması nəticəsində 2 hərbçi yaralanıb. Yaralıların vəziyyətinin qənaətbəxş olduğu deyilir.