Türkiyə DİN İstanbulda qeydiyyatda olmayan suriyalılara xəbərdarlıq edib



 14:58 29.07.2023     307

İstanbulda qeydiyyatda olmayan suriyalılar sentyabrın 24-nə qədər qeydiyyatda olduqları şəhər və rayonlara geri qayıtmalıdırlar.

Demedia.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, həmin şəxslər göstərilən tarixədək Miqrasiya İdarəsinə müraciət edərək yola düşmək üçün icazə kağızı ala bilərlər.

Bu il fevralın 6-da baş verən zəlzələdən sonra həmin rayon və şəhərlərdən İstanbula gələn suriyaəsilli əcnəbilər ikinci müraciətə qədər qeydiyyatda olduqları ərazilərdə yaşayacaqlar.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sonuncu prezident seçkilərindən sonra Türkiyədəki 1 milyon suriyalılnın öz ölkələrinə qayıdacağını və bununla bağlı Qətərlə əməkdaşlığa başlanıldığını da söyləmişdi.