Putin: “Rusiya BMT-nin Nizamnaməsini pozmur”
“Rusiya BMT-nin Nizamnaməsini pozmur və ona tam uyğun hərəkət edir”.
Demedia.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, BMT-nin Nizamnaməsinin prinsiplərinə başqa ölkələr də hörmət etməlidir.
Bununla bağlı ikili standartlara, birtərəfli sanksiyalara, o cümlədən öz təhlükəsizliyini başqalarının hesabına təmin etməyə cəhdlərə yol verilməməlidir:
“Bu gün bizə deyirlər ki, biz Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini pozuruq. Mən belə düşünmürəm”.