Aİ Nigerə maliyyə dəstəyini dayandırır
Avropa İttifaqı Nigerə maliyyə dəstəyini müvəqqəti olaraq dayandırıb.
Demedia.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel deyib ki, maddi dəstəklə yanaşı, təhlükəsizlik sahəsində bütün əməkdaşlıq fəaliyyətləri də qeyri-müəyyən müddətə dayandırılır.
Bundan əvvəl Borel bildirib ki, Aİ çevriliş nəticəsində hakimiyyətə gələn üsyançıların legitimliyini tanımır.
İyulun 26-da Niger Prezidenti Məhəmməd Bazum və həyat yoldaşı öz mühafizəçiləri tərəfindən saxlanılıb. İyulun 27-nə keçən gecə ölkənin silahlı qüvvələri ölkədəki bütün dövlət qurumlarının işini dayandırıb, komendant saatı tətbiq edib və sərhədləri bağlayıb.