Tacikistanda yeni qayda: Pul ödə, hərbi bilet al, ancaq…



 15:43 21.01.2021     187

Tacikistanda səfərbərliklə bağlı yeni qaydalar açıqlanıb.

Nexeber.az axar.az-a istinadən xəbər verir ki, yeni qanun layihəsini ölkənin müdafiə naziri Mirzə Şirəli (Mirzo Şerali) təqdim edib.

Bildirilib ki, çağırışçıların yalnız 10 faizi orduda xidmət edəcək. Digərləri hərbi bileti ödəniş etməklə əldə edə biləcək. Buna baxmayaraq, bütün çağırışçılar bir ay ərzində ehtiyat hərbi hissələrdə təlim keçəcək.

Qərara əsasən, məhkəmə, prokurorluq, gömrük və güc strukturlarında yalnız orduda xidmət edənlər işləyə biləcək.