Çin və Gürcüstan strateji tərəfdaşlıq qurub
Çin və Gürcüstan iki ölkə arasında strateji tərəfdaşlıq qurulduğunu elan ediblər.
Demedia.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, müvafiq qərar Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin Çinə davam edən səfəri zamanı qəbul edilib. Birgə bəyanata görə, Pekin və Tbilisi siyasi, iqtisadi, həm də mədəniyyət sahəsində əməkdaşlığı gücləndirməyi planlaşdırırlar.
"Tərəflər beynəlxalq problemlərin həllində koordinasiyanı gücləndirəcək, ikitərəfli dövlətlərarası münasibətləri dərinləşdirməyə davam edəcək, regionda, eləcə də bütün dünyada sülhü, sabitliyi və inkişafı birgə təşviq edəcəklər”, - sənəddə vurğulanır.
Qeyd edək ki, İrakli Qaribaşvili Çenqdu şəhərində (Sıçuan əyalətinin cənub-qərbində) 31-ci Yay Universiadasının açılışında iştirak etmək üçün Çinə gəlib.