Özbəkistan Qazaxıstana torpaq verdi



 18:00 25.05.2021     359

Özbəkistanın Gülüstan vilayətinin Bağıs və Xiyaban kəndləri qonşu Qazaxıstanın Türküstan vilayətinin Sarıağac dairəsinə birləşdirilib.

Nexeber.az Report-a istinadən xəbər verir ki, iki ölkə arasındakı razılaşma nəticəsində Qazaxıstan ərazisini 796 ha artırıb. Yerli idarəetmə qurumları bununla bağlı - sərhədin dəyişdirilməsinə dair təkliflərini Qazaxıstan hökumətinə təqdim ediblər.

Qeyd edək ki, adıçəkilən kəndlərdə əhalinin yarısı Qazaxıstan, yarısı isə Özbəkistan vətəndaşıdır.