Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirib
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirib.
Demedia.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov brifinqdə deyib.
O, bildirib ki, toplantıda Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin, daxili işlər naziri Vladimir Kolokoltsevin və digərlərinin məruzələri dinlənilib.