Səudiyyədə Ukrayna üzrə sülh sammiti başladı



 12:25 06.08.2023     343

Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna ilə bağlı sülh danışıqları başlayıb.

Demedia.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” məlumat yayıb.

Məlumata görə, iki günlük görüş Ukraynanın təkcə əsas Qərb tərəfdarlarından deyil, həm də münaqişədə tərəf tutmaq istəməyən cənub ölkələrindən dəstək toplamaq üçün Ukraynanın diplomatik təşəbbüsünün bir hissəsidir.

Ukrayna və onun müttəfiqləri ümid edirlər ki, Ciddə görüşündə Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün əsas prinsiplər razılaşdırılacaq.

Sammitdə 40-a yaxın ölkədən milli təhlükəsizlik müşavirləri və digər yüksək vəzifəli şəxslər iştirak edir.

Rusiya forumda iştirak etmir, lakin Kreml görüşü izləyəcəyini bildirib.