Əlcəzair Nigerə hərbi müdaxiləyə qarşıdır



 15:48 06.08.2023     297

Əlcəzair Niger Respublikasına mümkün hərbi müdaxiləyə qarşıdır.

Demedia.az xəbər verir ki, bunu Əlcəzair prezidenti Əbdülməcid Tebbun milli televiziyaya müsahibəsində bildirib.

Nigerdə ​​baş verən hadisələrə toxunan prezident deyib ki, problemlər sülh yolu ilə həll edilməlidir:

“Nigerə hərbi müdaxilənin dalğalanması Əlcəzairə birbaşa təhlükədir və biz bunu tamamilə və qəti şəkildə rədd edirik. Nigerdə ​​dövlət çevrilişi olub. Biz konstitusiya qanunauyğunluğunun tərəfdarı olduğumuzu təsdiqlədik. Və biz bu qanunauyğunluğa qayıtmalıyıq. Biz onlara kömək etməyə hazırıq”.