Vyetnamda daşqınlar və torpaq sürüşmələri nəticəsində 7 nəfər ölüb



 10:52 07.08.2023     325

Vyetnamın şimal əyalətlərində güclü leysan daşqınlara və torpaq sürüşməsinə səbəb olub, nəticədə 2 uşaq daxil olmaqla, 7 nəfər ölüb.

Demedia.az xəbər verir ki, bu barədə Vyetnam KİV-ləri məlumat yayıb.

Torpaq sürüşməsi nəticəsində 3 nəfər ağır xəsarət alıb. Bir çox yollar bağlanıb, tikililərə və infrastruktura ciddi ziyan dəyib.