Ukrayna ordusunun nümayəndəsi yeni strategiyalarını açıqlayıb
“Strategiyamız dəyişib. Rusiyanın cəbhəyə canlı qüvvə və texnikaların daşıdığı körpülərin sıradan çıxarılması, eyni zamanda düşmənin arxa cəbhədəki potensialının məhv edilməsi bizim üçün yeni strategiyadır”.
Demedia.az Reporta-a istinadən xəbər verir ki, bu fikirləri Ukrayna Silahlı Qüvvələrinin (SQ) “Cənub” Əməliyyat Komandanlığının nümayəndəsi Nataliya Qumenyuk telemarafonun efirində deyib.
Onun sözlərinə görə, qarşı tərəf döyüş meydanına lazımi miqdarda resurs cəlb edə bilmir: “Bunun əsas səbəbi dünən iki əsas yol körpüsünə - Çonqarski və Geniçeskə endirilən zərbələrdir”.
N.Qumenyuk bildirib ki, Rusiya Ukraynanın uzaqmənzilli silahlarından qorxur.
Ukrayna SQ-nin nümayəndəsi qeyd edib ki, seçilmiş doğru strategiya nəticəsində Rusiya ordusunun maddi-texniki təminatı ləngiyir.
N.Qumenyuk söyləyib ki, bu, Ukraynanın böyük strategiyasıdır: “Düşmən cəbhədə birbaşa zərbə gözləyərkən biz arxadan hücum edərək, Rusiyanın resurslarını məhv edirik".
Xatırladaq ki, Ukrayna ordusu dünən, avqustun 6-da 2 əsas rabitə marşrutunu - Çonqarski və Geniçesk avtomobil körpülərini vurub.