Rus ordusunun mövqelərinə əks-hücum – Ələ keçirildi



 09:57 08.08.2023     301

Rusiya qüvvələri Baxmut istiqamətində üç yaşayış məntəqəsi ərazilərində irəliləməyə çalışsa da, cəhdləri uğursuz alınıb.

Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Son 24 saat ərzində tərəflər arasında 37 toqquşma baş verib.

“Düşmən Baxmut istiqamətində Andriyevka, Kurdyumivka və Drujba rayonlarında uğursuz hücum əməliyyatları keçirib. Düşmənin artilleriya atəşi nəticəsində 10-dan çox yaşayış məntəqəsi zərər görüb”, - Baş Qərargah bildirib.

Ukrayna ordusu Avdivdə rus qoşunlarının hücumlarının qarşısını uğurla alıb. Hazırda döyüşlərin davam etdiyi Marin istiqamətində isə Ukrayna Müdafiə Qüvvələri rusların hücumlarının qarşısını almağa çalışır.

“Əsgərlərimiz Kupyan istiqamətində müdafiəni möhkəm saxlayırlar. Sinkivka, İvanivka və Novoselivskdə düşmənin hücumlarını uğurla dəf ediblər”, - məlumatda deyilir.

Rusiya Zaporoje istiqamətində Robotın rayonunda itirilmiş mövqelərini bərpa etmək üçün uğursuz cəhdlər etdilər.

“Eyni zamanda, Ukrayna Müdafiə Qüvvələri Melitopol və Berdyan istiqamətlərində hücum əməliyyatını davam etdirir, ələ keçirilmiş mövqelərdə möhkəmlənir və əks-kəşfiyat tədbirləri həyata keçirir”, - Baş Qərargah qeyd edib.