Rusiyanın Kaluqa vilayətinə növbəti dəfə PUA hücumu olub



 14:22 12.08.2023     308

Rusiyanın Kaluqa vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.

Demedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə vilayət qubernatoru Vladislav Şapşa bildirib.

Onun sözlərinə görə, vilayətin Dzerjinski rayonunda hava hücumundan müdafiə sistemləri işə salınıb.

V.Şapşa PUA-lardan birinin vurulduğunu bildirib.

Qubernator həmçinin itki olmadığını söyləyib.

Qeyd edək ki, avqustun 11-də Kaluqada elektrik yarımstansiyalarından biri partladılıb. Nəticədə vilayətin hava məkanı qısamüddətli də olsa bağlanıb.