Lukaşenko Baş nazirə Polşa ilə münasibətləri tənzimləməyi tapşırıb
Belarus Prezidenti Aleksandr Lukaşenko Baş nazirə Polşa ilə münasibətləri tənzimləmək göstərişini verib.
Demedia.az "Belta"ya istinadən xəbər verir ki, Prezident Avropa İttifaqı ölkələri ilə münasibətlərin qurulmasının əhəmiyyətini də bildirib. O, münasibətlərin ölkənin maraqları nəzərə alınmaqla normallaşması tərəfdarı olduğunu bildirib.
“İndi biz Şərqin hesabına – Rusiya, Çinin hesabına yaşayırıq. Lakin yüksək texnologiyalara sahib Qərbi yaddan çıxarmaq gərək deyil. Onlar yanımızdadır, bizim qonşularımızdır - Avropa İttifaqıdır”, - deyə A.Lukaşenko ictimaiyyətlə görüşündə bildirib. “Biz qonşularıq və qonşuları seçmirlər”, - deyən A.Lukaşenko baş nazir Roman Qolovçenkoya Polşa tərəfi ilə münasibətləri tənzimləməyi tapşırıb.
Qeyd edək ki, Polşa Belarusu dəmir yolu əlaqəsini dayandıracağı ilə hədələyib.