ECOWAS parlamenti Nigerə nümayəndə heyəti göndərir
Qərbi Afrika İqtisadi Birliyinin Parlamenti (ECOWAS) üsyançılarla danışıqlar aparmaq üçün Nigerə nümayəndə heyəti göndərmək niyyətindədir.
Demedia.az xəbər verir ki, bu barədə “Reuters” parlamentin nümayəndəsinə istinadən məlumat yayıb.
Belə ki, ECOWAS-ın bir qrup müzakirəçisi Niger prezidenti Məhəmməd Bazumu devirən üsyançıların liderləri ilə görüşməyi planlaşdırır.
Bundan əvvəl AFP xəbər verib ki, Nigeriya dini liderlərindən ibarət nümayəndə heyəti Niameyə (Nigerin paytaxtı) vasitəçilik missiyası ilə səfər edib.