Qərbi Afrika ölkələri arasında Nigerə hərbi müdaxilə ilə bağlı fikir ayrılığı mövcuddur
Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinə (ECOWAS) daxil olan ölkələri arasında Nigerə hərbi müdaxilənin zəruriliyi ilə bağlı fikir ayrılığı mövcuddur.
Demedia.az xəbər verir ki, bu barədə Əl-Cəzirə məlumat yayıb.
Qeyd olunub ki, Nigerlə bağlı konfransın bəzi iştirakçıları mülki əhali üçün mümkün müdaxilə risklərinə işarə edərək, vəziyyətin diplomatik yolla həllinin tərəfdarıdırlar.
Bu fonda Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin nümayəndəsi bildirib ki, Niger üzrə konfrans heç bir həll yolu ilə nəticələnməyib, lakin birlik üsyançıların liderləri ilə görüşmək üçün Nigerə parlament qrupu göndərmək niyyətindədir.