Ermənistanda ağır yol qəzası: 11 nəfər öldü



 10:19 14.08.2023     321

Ermənistanda ağır yol-nəqliyyat hadisəsində 11 nəfər ölüb, 6 nəfər yaralanıb.

Demedia.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Xilasedici Xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə avqustun 13-dən 14-nə keçən gecə İrəvan-Gümrü yolunda, Lancik kəndi yaxınlığında (Şirak mərzi) baş verib.

Olay yerinə yanğınsöndürən-xilasedicilərdən ibarət 1 briqada və rayon xilasetmə idarəsinin əməliyyat qrupu gəlib.

Məlum olub ki, İrəvan-Gümrü yolunun 90-cı kilometrliyində “Volkswagen” markalı sərnişin mikroavtobusu və “ZİL” markalı yük maşını toqquşub.

Qəza nəticəsində 11 nəfərin öldüyü, 6 nəfərin yaralandığı qeyd olunub.