“Vaqner” Belarusdan Kiyevə hücum edə bilər
“Vaqner” xüsusi hərbi təşkilatının Belarus ərazisindən Kiyevə hücum etmək ehtimalı var”.
Demedia.az xəbər verir ki, bunu Ukrayna ordusunun Birləşmiş Qüvvələrinin komandanı general-leytenant Sergey Naev “RBK Ukraina”ya müsahibəsində deyib.
Onun sözlərinə görə, belə bir ehtimal istisna deyil: “Biz başa düşürük ki, düşmən niyyətləri yalnız Rusiyanın ali siyasi rəhbərliyinin qərarlarından asılıdır. Ona görə də belə bir ehtimal var”.
S.Naev bildirib ki, vəziyyət nəzarət altındadır: “Ukrayna kəşfiyyatı vəziyyəti daim izləyir. Konkret olaraq hazırkı situasiyada təhlükə yoxdur”.
General qeyd edib ki, ehtimal edilən təhlükə ilə bağlı müvafiq tədbirlər görülür.