Ukrayna hərbçiləri 3 kvadrat kilometr ərazini azad etdi



 12:41 14.08.2023     433

Ukrayna hərbçiləri işğal altındakı Baxmut şəhəri istiqamətində 3 kvadrat kilometr ərazini azad edib.

Demedia.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, şərq cinahı hərbi əməliyyatların episentri olaraq qalır: “Rusiya hücumun əsas istiqaməti kimi şərqi seçib”.

A. Malyar qeyd edib ki, düşmən Ukrayna müdafiəçilərini başqa istiqamətə yönəltməyə və vəziyyəti çətinləşdirməyə çalışır: “Onlar Baxmut istiqamətində hücuma keçməyimizin qarşısını almağa çalışır”.

Qeyd edək ki, təxminən 10 aydır Donetsk vilayətinin Baxmut şəhərində gərgin döyüşlər gedir. Şəhərin mərkəzi hazırda Rusiya ordusunun nəzarətindədir.