Qazaxıstan Rusiya ilə sərhədini gücləndirir
Rusiya ilə sərhədini gücləndirən Qazaxıstan bu məqsədlə 20 yeni zastava tikmək qərarına gəlib.
Demedia.az xəbər verir ki, bunu Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Xidmətinin Sərhəd Mühafizəsi Departamenti rəisinin birinci müavini Serik Axmetkaliyev bildirib.
Onun sözlərinə görə, müvafiq milli layihə çərçivəsində 50 sərhəd zastava kompleksinin tikintisi nəzərdə tutulub və hazırda birbaşa Rusiya Federasiyası ilə sərhəddə şimal istiqamətində 20 sərhəd zastavasının tikintisi aparılır.
S.Axmetkaliyev qeyd edib ki, cənub sərhədlərində üç modul tipli zastava tikilir: "Son 5 ildə ölkənin cənub-qərbində 15 modul tipli sərhəd zastavası istifadəyə verilib".