“Belarus ölkəmizdə sabitliyi pozmağa çalışır” - Polşa DİN
“Belarus ölkəmizdə sabitliyi pozmağa çalışır”.
Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşa daxili işlər nazirinin müavini Macey Vonsik deyib.
Onun sözlərinə görə, Belarusun iki ölkə sərhədində təxribat törətməsi daim gözləniləndir: “Biz bilirik ki, Belarus Polşa seçkilərinə müdaxilə etmək, vəziyyəti sabitsizləşdirmək və müxtəlif təxribatlar törətmək istəyəcək”.
Nazir müavini qeyd edib ki, Latviya da Belarusla sərhəddə təhlükəsizlik tədbirləri görür və mühafizəni gücləndirir.