Ukraynada hərbi vəziyyətin müddəti uzadıldı



 15:01 17.08.2023     325

Ukraynada hərbi vəziyyətin müddəti daha 90 gün uzadılıb.

Demedia.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski müvafiq fərman imzalayıb.

Fərmana əsasən, ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik 90 gün müddətinə - noyabrın 15-dək uzadılıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.