İran XİN başçısı 7 il sonra Səudiyyəyə səfər etdi
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan avqustun 17-də 7 illik fasilədən sonra ilk dəfə Səudiyyə Ərəbistanına səfər edib.
Demedia.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, H.Əmir Abdullahian İranın geniştərkibli nümayəndə heyətinə başçılıq edir. Onun səudiyyəli həmkarı şahzadə Faysal bin Fərhan əl Səud və krallığın bəzi başqa nüfuzlu nümayəndələri ilə görüşü planlaşdırılır. Görüşlərdə ikitərəfli əməkdaşlıq, beynəlxalq və regional məsələlər müzakirə olunacaq.