PKK-nın "rəhbər şəxsi" məhv edildi



 16:11 19.08.2023     416

Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyanın şimalındakı Haseke ərazisində yeni əməliyyat keçirib.

Demedia.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində PKK terror təşkilatının “rəhbər şəxsi” Hicran İcuzu məhv edilib.

Onun “silahlı qadınlar və gənclər təşkilatı”nın “rəhbəri” olduğu qeyd olunub.